Dələduzluq skandalı: “Çelsi”nin keçmiş işçisi pulları illərlə mənimsəyib

İdman

29.11.2025 17:36

“Çelsi” klubunda ciddi maliyyə qalmaqalı baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. 

Klubun keçmiş əməkdaşı, xəzinədarlıq menecerinin assistenti vəzifəsində çalışan Kler Uolş hakim qarşısına çıxıb. O, 2019-2023-cü illər arasında vəzifə səlahiyyətindən sui-istifadə edib. Dələduzluqda ittiham olunan 39 yaşlı qadın Vestminster Maqistrates Məhkəməsində ifadə verib.

İstintaq materiallarına görə, Uolş 2019-cu ilin iyun ayından 2023-cü ilin oktyabrına qədər qanunsuz olaraq klubun 208 521 funt sterlinq məbləğində pul vəsaitini mənimsəyib.

Britaniya qanunvericiliyinə görə, etimaddan sui-istifadə edərək dələduzluq törədən şəxsi 10 il müddətinə həbs oluna bilər. 

Namiq HUN

TodayPress TV

tag: Kler Uolş,Çelsi,Menecer,Həbs,Todaypress.tv,