DÇ-2026: Ronaldunun cəzası ləğv olundu

DÇ-2026: Ronaldunun cəzası ləğv olundu
26.11.2025 09:20 İdman

Portuqaliya yığma komandasının hücumçusu Kristianu Ronaldu dünya çempionatının final mərhələsinin ilk oyununu buraxmayacaq. 

TodayPress TV xəbər verir ki, FIFA-nın İntizam Komitəsi forvardın cəzasının ləğv edilməsi ilə bağlı qərar verib.

Bildirilir ki, qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiyaya məruz qalan Ronaldu cəzanı Ermənistanla keçirilən seçmə mərhələ matçını buraxmaqla çəkib.

Xatırladaq ki, Portuqaliya yığma komandasının kapitanı DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda qırmızı vərəqə alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər