DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi
Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
TodayPress TV-nin məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştianu Ronaldu bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.