DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək

DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək
23.06.2026 23:30 İdman

2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə FİFA rəhbəri "Fox News" telekanalının efirində bildirib.

"Biz prezidentlə birgə finaldan zövq alacağıq və əlbəttə ki, kuboku qalibə birlikdə təqdim edəcəyik. Biz həmişə birlikdəyik", - İnfantino deyib.

Qeyd edək ki, dünya çempionatı Meksika, ABŞ və Kanadada keçirilir. Turnirdə ilk dəfədir ki, 48 komanda iştirak edir. Turnirin finalı iyulun 19-da İst-Raterforddakı (ABŞ-nin Nyu-Cersi ştatı) "Metlayf" stadionunda keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər