DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazandı
Futbol üzrə dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
TodayPress TV-nin məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.