DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi

DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi
21.06.2026 02:10 İdman

Futbol üzrə dünya çempionatında Almaniya Fildişi Sahili millisi üzərində qələbə qazanıb.

TodayPress TV-nin məlumatına görə, Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.

Hesabı afrikalılardan Frans Kessi (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 04:00-da Ekvador Kurasao ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər