Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış

İdman

16.04.2026 14:05

Azərbaycanın motorsport üzrə gənc istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada növbəti uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, Formula 4 üzrə keçdiyi iki uğurlu test sessiyasından sonra o, yarış ritmini qorumaq məqsədilə Portuqaliyada KIRO – Karting International West Region trekində keçirilən TAG Livre Portuguese Trophy turnirində iştirak edib.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar. Güclü külək və arabir yağan yağışa baxmayaraq, Cəfərov yüksək səviyyəli çıxış nümayiş etdirib.

Gənc pilot yaşından daha böyük yetkinlik və yüksək idarəetmə bacarığı sərgiləyərək hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı performansı yekunda birinciliklə nəticələnib. Beləliklə, Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksəlib.

Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da diqqət mərkəzində olub. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də pilotların və komanda üzvlərinin marağına səbəb olub. Gənc idmançı bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülük, qətiyyət və milli qürurun rəmzidir.

Qeyd edək ki, Formula 1-ə yüksəlməyi hədəfləyən azərbaycanlı pilot inkişaf yolunda irəliləməkdə davam edir. Bununla belə, sponsorluq məsələlərinin tam həll olunmaması səbəbindən onun cari ildə “Formula-4” üzrə rəsmi debütü hələ də qeyri-müəyyən olaraq qalır.

Namiq HUN

TodayPress TV

tag: Davin Cəfərov,Formula 4,Qələbə,Yarış,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo