Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı
UFC prezidenti Dana Uayt sabiq iki çəki dərəcəsi üzrə çempion Konor Makqreqorun zədə səbəbindən uzun müddət döyüşlərdən kənarda qalacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Zuffa Boxing”in mətbuat konfransında çıxış edən Dana Uayt irlandiyalı döyüşçünün ən azı bir il oktaqona qayıda bilməyəcəyini bildirib:
“Konor Makqreqor bir il müddətinə sıradan çıxıb”.
Xatırladaq ki, Makqreqor iyulun 12-də ABŞ-nin Las-Veqas şəhərində keçirilən UFC 329 turnirində Maks Holloueyə texniki nokautla məğlub olub. İrlandiyalı döyüşçü qarşılaşmanın ilk raundunda ayağından zədələnib.
Bundan əvvəl Makqreqor həmin döyüşün baş tutmamış hesab edilməsinə çağırış etmişdi.
Qeyd edək ki, Konor Makqreqorun MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət var.
Namiq HUN