Daha iki boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi
Boks üzrə Macarıstanda keçirilən U-23 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, növbəti yarış günü iki boksçumuz Budapeşt turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Milli üzvlərindən Sübhan Məmmədov (50 kq) və Səbuhi Əlizadə (+90 kq)
inamlı qələbələr qazanaraq mərhələ adlayıblar.
Daha əvvəl Tağı Nəsibov (60 kq) bu uğura imza atıb. Hər üç boksçumuz yarımfinala vəsiqə qazanmaqla özünə Avropa çempionatının ən azından bürünc medalını təmin edib.
Qeyd edək ki, Azərbaycan U-23 Avropa Çempionatına 11 boksçu ilə qatılıb. Onlardan səkkizi yarışda mübarizəni dayandırıb.
Namiq HUN