Cüdoçumuz erməni rəqibinə qalib gəldi

Cüdoçumuz erməni rəqibinə qalib gəldi
24.07.2025 16:00 İdman

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

TodayPress TV xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Tiqran Saruxanyanla qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Ağakişiyev 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kq) də 1/4 finala vəsiqə əldə edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər