Çiro İmmobile futbola vida etdi!
36 yaşlı italiyalı hücumçu Çiro İmmobile futbolçu karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə "Paris" futbol klubunun sosial şəbəkə hesabında yaydığı rəsmi açıqlamada bildirilib.
İmmobile 2026-cı ilin fevralında Paris klubuna keçib. Ötən mövsüm Liqa 1-də 12 matçda meydana çıxan futbolçu 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Yuventus"un yetirməsi olan İmmobile karyerası ərzində "Cenoa", "Torino", "Borussiya Dortmund", "Sevilya", "Latsio", "Beşiktaş", "Bolonya" və digər klublarda çıxış edib.
O, 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub.