Çempionluq düyünü açılır – “Qarabağ” üçün həlledici gün
İdman
18.04.2026 10:01
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları davam edir.
TodayPress TV-nin məlumatına görə, ikinci oyun gününün ilk matçında “Karvan-Yevlax” klubu doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək.
Ötən tur qələbə həsrətinə son qoyan Yevlax təmsilçisinin bu qarşılaşması xüsusi maraq doğurur. Cari mövsümdə komandalar arasında keçirilən hər iki oyunda “Şamaxı” 3:0 hesablı qələbə qazanıb.
Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Burada Azərbaycan çempionu “Qarabağ” lider “Sabah”ı qəbul edəcək.
Çempionluq şansını qorumaq üçün “Qarabağ” bu oyunda mütləq qələbə qazanmalıdır. Mövsümün əvvəlki qarşılaşmalarında “Sabah” 2:1 hesabı ilə qalib gəlib, digər oyun isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Namiq HUN
tag: Premyer Liqa,Qarabağ,Sabah,Futbol,Todaypress.tv,
