Kiyevə raket zərbəsi – Kliçko üç körpünün zədələndiyini açıqladı

Kiyevə raket zərbəsi – Kliçko üç körpünün zədələndiyini açıqladı
20.11.2026 09:38 Dünya

Rusiyanın ballistik raketlərinin Kiyevdə üç iri körpünü və mühüm infrastruktur obyektlərini vurduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “DDGeopolitics” Telegram kanalı məlumat yayıb.

Kiyev meri Vitali Kliçko Podil-Voskresenski, Darnitsa və Cənub körpülərinin zədələndiyini bildirib.

Nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yarana bilər.

Ukraynanın monitorinq kanallarının məlumatına görə, Kiyevə doğru daha bir neçə ballistik raket, Vinnitsaya doğru isə “Kalibr” qanadlı raketləri uçur.

Daha iki körpünün vurulması barədə iddialar hələ təsdiqlənməyib.

Kliçko sakinləri zərurət olmadıqca yola çıxmamağa, müəssisələri isə məsafədən iş rejiminə keçməyə çağırıb.

Fövqəladə xidmətlərin əməkdaşları hadisə yerlərində çalışır. Dəymiş zərərin qiymətləndirilməsi davam edir.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər