Böyük qərar yaxınlaşır: klubun yeni rəhbəri kim olacaq?

Böyük qərar yaxınlaşır: klubun yeni rəhbəri kim olacaq?
17.04.2026 17:01 İdman

ABŞ-nin “İnter Mayami” klubu baş məşqçi postu üçün iki əsas namizədi nəzərdən keçirir.

TodayPress TV “The Touchline” mənbəsinə istinadən xəbər verir ki, komanda Xavi Hernandes və Marselo Qalyardo ilə maraqlanır.

Bu qərar Xavyer Maskeranonun komandadan ayrılmasından sonra gündəmə gəlib. 

Argentinalı mütəxəssis 2025-ci ilin əvvəlində “İnter Mayami”yə rəhbərlik etməyə başlayıb və komandanı MLS Kubokuna aparıb. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, Maskerano, 14 aprel tarixində vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Xavi 2021–2024-cü illərdə “Barselona” klubunun baş məşqçisi olub. Marselo Qalyardo isə son olaraq “River Pleyt” komandasını çalışdırıb və fevral ayında postundan ayrılıb.

Hazırda hər iki mütəxəssis azad agent statusundadır və “İnter Mayami” üçün əsas variantlar kimi dəyərləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Bütün Xəbərlər