“Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlandı

İdman

25.11.2025 17:48

Noyabrın 28-30-da Birləşmiş Ərəb Əmirliklərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Ölkə bu yarışda kişilərdən ibarət milli komanda ilə təmsil olunacaq. 

Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Komanda böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında “Böyük Dəbilqə” turnirinin mükafatları uğrunda mübarizə apacaq.

Yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Namiq HUN

TodayPress TV

tag: Böyük Dəbilqə, Cüdo,Turnir,BƏƏ,Todaypress.tv,