“Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu!

“Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu!
07.08.2026 08:57 İdman

“Bordo” iyulda müqavilə uzatdığı baş məşqçisini avqustda istefaya göndərib.

TodayPress TV xəbər verir ki, Fransanın “Bordo” klubu baş məşqçi Rio Mavuba ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Klubun yaydığı bəyanatda Mavubaya akademiyada və əsas komandada göstərdiyi xidmətlərə görə təşəkkür edilib, onun peşəkarlığı və “Bordo”ya bağlılığı xüsusi vurğulanıb.

42 yaşlı sabiq Fransa millisinin üzvü bu ilin aprelində komandanın baş məşqçisi təyin olunmuş, iyulun əvvəlində isə müqaviləsini 2027-ci ilə qədər uzatmışdı. Bu, onun məşqçi kimi ilk təcrübəsi idi.

Komandanın sükanı müvəqqəti olaraq Arno Kormyeyə həvalə olunub. Klub yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Bordo” maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib və iflas təhlükəsi ilə üz-üzədir. Bu həftə klubun "Sparta Capital" investisiya fondu tərəfindən alınacağı açıqlansa da, sövdələşmənin yalnız peşəkar statusun bərpa olunacağı təqdirdə rəsmiləşəcəyi bildirilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər