Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur!

Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur!
14.08.2026 10:55 İdman

ABŞ tennisçisi, dünya reytinqinin 10-cu pilləsində qərarlaşan Ben Şelton Monrealda keçirilən ATP-1000 turnirində titulunu qoruyub.

TodayPress TV xəbər verir ki, Şelton finalda həmyerlisi, dünya reytinqində 31-ci olan Brendon Nakaşimanı 6:3, 7:6 (7:4) hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə turnirin qalibi olub.

Bununla da Şelton son 7 ildə Kanada “Masters”ində titulunu qoruyan ilk tennisçi olub.

Şeltondan əvvəl bu uğura sonuncu dəfə Rafael Nadal 2018 və 2019-cu illərdə imza atıb. XXI əsrdə turnirdə ardıcıl çempionluğa Endi Marrey (2010) və Novak Cokoviç (2012) də nail olublar.

Turnirin 1990-cı ildə təsis olunmasından sonra isə titulunu qoruyan digər tennisçi Andre Aqassi olub. O, 1995-ci ildə bu uğuru əldə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər