Belçika Qran-Prisində Piastri küləyi əsdi
"McLaren" komandasının sürücüsü Oskar Piastri Belçika Qran-Prisinin sərbəst yürüşlərində ən yaxşı nəticəyə imza atıb.
TodayPress TV xəbər verir ki, 24 yaşlı avstraliyalı pilot dövrəni 1 dəqiqə 42.022 saniyəyə tamamlayaraq liderliyə yüksəlib.
Onun ardınca "Red Bull" sürücüsü Maks Ferstappen qərarlaşıb — o, liderdən 0.404 saniyə geridə qalıb. Üçüncü pillədə isə yenidən "McLaren" təmsilçisi Lando Norris yer alıb — +0.504 saniyə geridə.
Qeyd edək ki, Belçika Qran-Prisi 27 iyulda baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Töhfə Səməd