Avropa Liqasının qalibinə yeni təklif - Emeri ilə danışıqlar son mərhələdə!
İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Unai Emeri ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano sosial şəbəkələrin birində məlumat yayıb.
Onun sözlərinə görə, Birmingem təmsilçisi Unai Emeri ilə yanaşı, məşqçilər heyətinin üzvləri Damian Vidagani və Roberto Olabeyə də yeni müqavilə təklif edib. Danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.
Romano bildirib ki, klub rəhbərliyi digər komandaların Emeriyə maraq göstərməsi ehtimalını aradan qaldırmaq və gələcəkdə hər hansı problemin qarşısını almaq istəyir. Rəhbərlik ispaniyalı mütəxəssisin fəaliyyətindən tam razıdır.
Qeyd edək ki, 55 yaşlı Unai Emerinin “Aston Villa” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. O, 2022-ci ildən İngiltərə klubuna rəhbərlik edir. Emerinin rəhbərliyi altında komanda 2025/2026-cı illər mövsümündə UEFA Avropa Liqasının qalibi olub.
Namiq HUN