Mirzoyan KTMT-dən niyə çıxmadıqlarını açıqladı

Mirzoyan KTMT-dən niyə çıxmadıqlarını açıqladı
05.11.2026 17:42 Dünya

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək üçün imkan görmür.

TodayPress TV "News-Armenia"ya istinadən  xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

“Biz təşkilatdakı fəaliyyətimizi çoxdan dondurmuşuq, lakin onun fəaliyyətinə mane olmuruq. Eyni zamanda, KTMT çərçivəsində fəaliyyətə qayıtmaq perspektivi görmürük”, – Mirzoyan qeyd edib.

Mirzoyan, həmçinin, KTMT Nizamnaməsində üzv ölkənin təşkilatın fəaliyyətindən kənarlaşdırılması mexanizminin olmadığını xatırladıb.




XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər