Harri Keyn üçün tarixi müqavilə: Avropada ondan çox qazanan yoxdur!

Harri Keyn üçün tarixi müqavilə: Avropada ondan çox qazanan yoxdur!
05.11.2026 13:19 İdman

İngiltərə millisinin hücumçusu Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzatdıqdan sonra Avropanın ən yüksək maaş alan futbolçusuna çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı hücumçunun müqaviləsinin uzadıldığını rəsmən açıqlayıb. Yeni sözləşmə çərçivəsində Keynin maaşı “Bavariya” tarixində rekord olacaq. Bu məbləğ ingiltərəli futbolçunu Avropanın ən yüksək maaş alan oyunçusu edəcək.

Harri Keyn 2023-cü ildən “Bavariya”nın formasını geyinir. O, bu müddət ərzində iki dəfə Bundesliqanın çempionu olub, Almaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb.

Qeyd edək ki, İngiltərə millisinin hücumçusu 2026-cı ilin oktyabrında “Qızıl top” mükafatına layiq görülüb. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər