İranla sərhəddə atışma: Türkiyə hərbçisi şəhid oldu, araşdırma başlanıldı
Türkiyə-İran sərhədində baş verən atışma nəticəsində Türkiyə hərbçisi şəhid olub.
TodayPress TV xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı məlumata görə, oktyabrın 31-də Engin Mayın sərhəd məntəqəsində qanunsuz sərhəd keçidinə müdaxilə zamanı əsgər Yusuf Sait Ünlü İran tərəfindən açıldığı ehtimal edilən atəş nəticəsində şəhid olub.
Hadisə ilə bağlı Ankara və Tehran paralel araşdırmalara başlayıblar.
Jalə Rövşən