Gənc şahmatçımız dünya səhnəsində fəxri kürsüyə yüksəldi!

Gənc şahmatçımız dünya səhnəsində fəxri kürsüyə yüksəldi!
05.11.2026 12:41 İdman

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində şahmatın rapid və blits növləri üzrə gənclər arasında dünya çempionatı keçirilir.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycanı Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turun yekununda 7 xal toplayan Read Səmədov üçüncü yeri tutub. Təmsilçimiz liderdən cəmi yarım xal geri qalıb. Şiroğlan Talıbov isə 6,5 xalla səkkizinci pillədə qərarlaşıb.

Beləliklə, Read Səmədov rapid yarışında dünya çempionatının bürünc medalına sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər