“Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı!

“Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı!
14.08.2026 14:01 İdman

Portuqaliyanın “Sportinq” klubunun hücumçusu Luis Suares “Barselona”nın transfer hədəflərindən birinə çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi Madrid “Atletiko”sundan Xulian Alvaresi transfer edə bilməyəcəyi təqdirdə Luis Suaresin namizədliyini nəzərdən keçirəcək.

Romano bildirib ki, Suares “Barselona”nın qısa transfer siyahısında yer alır. Bununla belə, futbolçunun “Sportinq” üçün əsas oyunçulardan biri olması səbəbindən bu keçidin reallaşması asan görünmür.

Məlumata görə, “Barselona” Alvareslə bağlı razılaşma hələ də əldə olunmasa, Suares və digər alternativ variantları yalnız gələn həftədən etibarən ciddi şəkildə nəzərdən keçirməyə başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər