“Barselona” rəhbərliyində yeni era başlayır: Laporta kənara çəkilir

İdman

05.12.2025 09:47

Joan Laporta yeni müddətə “Barselona” futbol klubunun prezidenti seçilməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri  məlumat yayıb. 

2021-ci ildən “Barselona”nın prezidenti olan Laportanın səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq. 

"Bir daha namizəd ola bilərdim, amma planlaşdırmıram. Bu yersiz olardı", - Laporta deyib.

Qeyd edək ki, 63 yaşlı futbol funksioneri 2003-2010-cu illərdə də “Barselona”ya rəhbərlik edib. Kataloniya təmsilçisi Laportanın prezidentliyi dövründə 6 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu, 4 dəfə İspaniya Superkubokunu, 2 dəfə Çempionlar Liqasını, 1 dəfə isə UEFA Superkubokunu qazanıb və Klublararası Dünya Çempionatının qalibi olub. 

Namiq HUN

TodayPress TV

tag: Barselona,Klub,Juan Laporta,Futbol,Todaypress.tv,