"Barselona" Markus Reşfordu heyətinə qatdığını elan etdi

"Barselona" Markus Reşfordu heyətinə qatdığını elan etdi
24.07.2025 03:12 İdman

İspaniya La Liqası təmsilçisi "Barselona" İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu heyətinə qatdığını açıqlayıb.

TodayPress TV kataloniyalıların mətbuat xidmətinə isitnadən xəbər verir ki, 27 yaşlı hücumçu 1 il ərzində icarə əsasında "Barselona"nın formasını geyinəcək.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər