Balotelli futbolu şouya dəyişdi

Balotelli futbolu şouya dəyişdi
30.06.2025 14:20 İdman

İtaliya millisinin keçmiş forvardı Mario Balotelli Paris Moda Həftəsində iştirak edib.

TodayPress TV xəbər verir ki, o, model kimi podiuma çıxıb.

Balotelli Luvrda baş tutan “KidSuper” şousunda addımlayıb.

Qeyd edək ki, son mövsüm Balotelli A Seriyasında “Cenoa” nın heyətində 6 oyun keçirib. Məhsuldarlığı ilə diqqət çəkməyən 34 yaşlı futbolçu, orta hesabla meydanda olduğu 9 dəqiqə ərzində iki sarı vərəqə ilə cəzalandırılıb. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər