Balotelli “Əl-İttifaq”ın transfer siyahısında
İtaliyalı hücumçu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.
TodayPress TV insayder Nikolo Skiraya istinadən xəbər verir ki, “Əl-İttifaq” klubu 35 yaşlı futbolçu ilə maraqlanır.
Mənbənin bildirdiyinə görə, Əmirlik təmsilçisi Balotelliyə 2028-ci ilə qədər müqavilə təklif etməyə hazırdır və futbolçunu komandaya qoşulmağa razı salmağı planlaşdırır.
Xatırladaq ki, Mario Balotelli 2025-ci ilin iyulunda “Cenoa” klubundan ayrılıb və hazırda azad agent statusundadır. O, ötən mövsüm 6 oyunda meydana çıxıb, cəmi 56 dəqiqə oynayıb və 2 sarı vərəqə alıb. “Cenoa”dan öncə isə Balotelli Türkiyənin “Adana Demirspor” və bir sıra digər komandaların formasını geyinib.
Namiq HUN