Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək!
Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Rohit Saqqi baş hakim olacaq. Ona həmyerliləri Anders-Olav Dale və Ule-Andreas Haukosen kömək edəcəklər.
Marius Hansen-Qretta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Kristoffer Haqenes, AVAR hakimi isə avstriyalı Alan Kiyas olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
TodayPress TV