Bakıda böyük futbol həyəcanı başlayır!
İdman
29.04.2026 14:22
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, komandamız aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 millisi daha sonra Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.
Azərbaycan yığması turnirdə ilk oyununu mayın 6-da Litvaya qarşı keçirəcək. Komandamız iki gün sonra, mayın 8-də Rumıniya millisi ilə üz-üzə gələcək. Hər iki görüş saat 17:00-da başlayacaq.
Millimizin turnirdəki son rəqibi Gürcüstan yığması olacaq. Bu qarşılaşma mayın 11-də saat 12:00-da keçiriləcək.
U-16 millimiz hər üç oyununu Binə stadionunda keçirəcək.
Namiq HUN
tag: UEFA,Azərbaycan milli komandası,İnkişaf Turniri,Qızlar,Todaypress.tv,
