Bakı nəhəng qarşılaşmaya hazırlaşır: 50 min bilet satılıb!
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasına böyük maraq var.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paket satışlar da nəzərə alınmaqla, indiyədək görüşə 50 min bilet satılıb.
Qeyd edək ki, Liqa mərhələsinin ilk dörd turundan sonra “Barselona” 9 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Sabah” isə 3 xalla 31-ci yerdədir.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN