Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi

Azərbaycanlı güləşçilər dünya çempionatında rəqiblərinə şans vermədi
28.07.2026 16:02 İdman

Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışların ikinci günü baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycanın daha 5 yunan-Roma güləşçisi təsnifat mərhələsindən mübarizəyə başlayıb.

Güləşçilərimizdən ilk olaraq Elmir Çərkəzov yarımfinala vəsiqə qazanıb. 60 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi 1/4 finalda belaruslu Raman Şarkoya 3:0 hesabı ilə qalib gəlib. O, daha əvvəl qazaxıstanlı Nurali Askerdən və alman Kristiano Libtsaytdan üstün olub.

Abdulrəhman Hüseynli (51 kq) isə 1/4 finalda erməni rəqibinə qalib gələrək yarımfinala çıxıb. Gevorq Harutyunyanla qarşılaşma güləşçimizin 6:4 hesablı qələbəsi ilə başa çatıb. Hüseynli daha əvvəl Qazaxıstan güləşçisi Kuanışbek Jangajol və Əlcəzair təmsilçisi Lyes Boumazadan üstün olub.

45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı isə 1/4 finalda gürcüstanlı Luka Bolkvadzeyə tam üstünlüklə (9:0) qalib gələrək növbəti mərhələyə adlayıb. Əli daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu da 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. 

Saat 18:00-da üç güləşçimiz dünya çempionatının medalları uğrunda xalçaya çıxacaq. İsfahan Həsənov (80 kq) finalda yarışın qızıl medalı uğrunda mübarizə aparacaq. O, iranlı Alireza Rezayi ilə münasibətləri aydınlaşdıracaq. Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal görüşünə qatılacaqlar. 

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər