Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq

Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq
27.07.2026 14:49 İdman

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun finalına yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 

K.Zeynalov 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) üzrə təsnifat mərhələsində 534 xal toplayaraq həlledici yarışa vəsiqə qazanıb.

Turnirə iyulun 29-da yekun vurulacaq.

Namiq HUN

FOTOLAR

Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq — 1
XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər