Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəldi

Azərbaycanın U-15 millisi Monteneqroya qalib gəldi
18.09.2025 20:10 İdman

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-15 3:1 hesablı qələbə qazanıb.

Yığmanın heyətində qolları Həsən Mürşüdzadə (5), Xəzər Hüseynzadə (51) və Murad Məmmədov (81) vurublar.

Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə nəticələnib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər