“Real” azarkeşlərini həyəcanlandıran xəbər: Vinisius yayda demək olar ki, gedirdi!
“Real Madrid”in cinah hücumçusu Vinisius Juniorun nümayəndələrindən biri olan futbol agenti Maykl Yormark bildirib ki, ötən yay braziliyalı vinger “Arsenal”a keçmək variantını nəzərdən keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Agent qeyd edib ki, “Arsenal” kimi klub qırmızı xalça sərərək futbolçunu həqiqətən istədiyini hiss etdirdikdə təklifi dəyərləndirməmək qeyri-mümkündür. Lakin sonda Vinisius Madriddə qalmağa qərar verərək “kral klubu” ilə 2032-ci ilə qədər uzadılan yeni müqavilə imzalayıb. Yormark onun ürəyinin Madriddə olduğunu və karyerasının qalan hissəsini məhz orada keçirmək istədiyini vurğulayıb.
Namiq HUN