ABŞ İranı bu tarixdən dərhal sonra vuracaq

ABŞ İranı bu tarixdən dərhal sonra vuracaq
22.10.2026 15:00 Dünya

ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyat planlaşdırdığı iddia olunur.

TodayPress TV xəbər verir ki, iddialara görə, mümkün zərbələrin İranın nüvə obyektlərini, enerji infrastrukturunu, raket və dron imkanlarını hədəf alacağı gözlənilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üçüncü aviadaşıyıcı “USS Theodore Roosevelt”in də bölgəyə doğru hərəkət etdiyi bildirilir. Onun gəlişi ilə regiondakı ABŞ aviadaşıyıcılarının sayının üçə çatacağı və Vaşinqtonun hərbi əməliyyat imkanlarının genişlənəcəyi qeyd olunur.

İddialarda Vaşinqtonun İranla danışıqlar yolu ilə razılığa gəlməyin mümkün olmadığı qənaətinə gəldiyi və rejim dəyişikliyini mümkün çıxış yolu kimi nəzərdən keçirdiyi irəli sürülür.

Vurğulayaq ki, ABŞ və İsrailin noyabrın 3-dən sonra zərbələrə başlayacağı barədə məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. Tehranla diplomatik təmasların davam edib-etməyəcəyi və Vaşinqtonun hərbi qərar verib-verməyəcəyi qeyri-müəyyən olaraq qalır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər