Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi

Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi
08.08.2026 14:16 İdman

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.

Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.

Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.

Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.

TodayPress TV 

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər