Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi!

Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi!
07.08.2026 15:25 İdman

Azərbaycanın U-18 qız basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, Rumıniyada keçirilən U-18 qızlar arasında Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda mübarizə aparan Azərbaycan millisi Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Evren Alkayanın rəhbərlik etdiyi komanda ilk yarını 40:42 hesabı ilə geridə başa vursa da, ikinci hissədə əzmkar dönüş edərək 75:73 hesablı qələbə qazanıb.

Tulçada keçirilən görüşün ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Deniz Gökçöl olub. O, matçı 19 xal və 4 ribaundla tamamlayıb.

Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 8-də Estoniya seçməsinə qarşı keçirəcək.

Namiq HUN

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər