Azərbaycan millisi dünya çempionatında medalsız qaldı

Azərbaycan millisi dünya çempionatında medalsız qaldı
16.10.2026 19:34 İdman

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda uduzub.

TodayPress TV xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda sözügedən oyunda Macarıstan millisinə məğlub olub.

Yığma əsas vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib - 2:3.

Xatırladaq ki, Azərbaycan komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzub.

U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər