Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərir?
Cənubi Koreya hərbi-dəniz qüvvələrinin Ədən körfəzində fəaliyyət göstərən “Çxonhe” bölməsinin əməliyyat zonasını genişləndirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Kyunghyang Shinmun” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, missiyanın Oman körfəzinə qədər genişləndirilməsi nəzərdən keçirilir. Oman körfəzi Hörmüz boğazı ilə birləşir. Həmçinin bölgədəki əməliyyatları gücləndirmək üçün əlavə freqatın göndərilməsi ehtimalı da müzakirə olunur.
Qeyd edək ki, “Çxonhe” hərbi-dəniz bölməsi 2009-cu ildən Ədən körfəzində fəaliyyət göstərir.
Cənubi Koreya Prezidenti Li Ce Myonun administrasiyası bölmənin mandatının uzadılması məsələsini parlamentin müzakirəsinə çıxarmağı planlaşdırır. Hazırkı mandatın müddəti 2026-cı ilin sonunda başa çatır.
Cənubi Koreyanın Müdafiə Nazirliyi missiyanın müddətinin uzadılması məsələsinin araşdırıldığını təsdiqləyib. Bununla belə, missiyanın gələcək fəaliyyəti və əməliyyat zonasının genişləndirilməsi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Kübra Musayeva