Roma Papası Putindən nə istəyib? - Telefon danışığının DETALLARI

Roma Papası Putindən nə istəyib? - Telefon danışığının DETALLARI
16.10.2026 20:32 Dünya

Roma Papası XIV Leo ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, Vatikanın məlumatına görə, söhbət zamanı pontifik Xerson vilayətinin Oleşki şəhərindəki ağır humanitar vəziyyətdən dərin narahatlığını ifadə edib.

O, ərzaq və tibbi yardımın çatdırılmasını, eləcə də mülki əhalinin könüllü və təhlükəsiz təxliyəsini təmin etmək üçün atəşkəsə çağırıb.

Söhbətin sonunda XIV Leo Müqəddəs Taxt-Tacın dialoqun və sülhün təşviqinə dəstək vermək öhdəliyini bir daha təsdiqləyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər