Azərbaycan komandası gümüş medal qazandı

Azərbaycan komandası gümüş medal qazandı
29.06.2025 18:15 İdman

Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

TodayPress TV xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə ediblər.

Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütlüyü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər