Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı!

Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı!
08.08.2026 22:33 İdman

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

TodayPress TV xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər