Azərbaycan cüdoçularının Meksika uğuru
Cüdo millimizin Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pridən qazancı doqquz medal olub.
TodayPress TV xəbər verir ki, medallardan altısının əyarı qızıldər.
Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) Qvadalaxara Qran-prisinin baş mükafatına sahib çıxıblar.
Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) turnirin bürünc medalına layiq görülüblər.
Azərbaycan komandası medal sıralamasında Qvadalaxara Qran-prisinin qalibi olub.
Namiq HUN