Azərbaycan basketbolunda yeni dönəm: Evren Alkaya getdi
Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığa xitam verib.
TodayPress TV xəbər verir ki, türkiyəli mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
2022-ci ildən Azərbaycan basketbolunda fəaliyyət göstərən Evren Alkaya qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U-16, U-18 və U-20 yığmalarına da rəhbərlik edib. Mütəxəssis bu müddət ərzində Azərbaycan komandalarını 70-dən çox rəsmi oyuna çıxarıb.
Alkayanın rəhbərliyi altında U-16 qızlardan ibarət milli komanda 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə qalib olub.
U-18 yığması isə 2024-cü ildə keçirilən Avropa çempionatının C divizionunda gümüş medal qazanıb.
Namiq HUN