Azərbaycan avarçəkəni “Türküstan kuboku”nda üçüncü oldu

Azərbaycan avarçəkəni “Türküstan kuboku”nda üçüncü oldu
17.09.2025 11:15 İdman

Azərbaycan idmançısı Qazaxıstanda keçirilən akademik avarçəkmə üzrə “Türküstan kuboku” turnirində adını mükafatçılar sırasına yazdırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Türküstan reqatasında Nurlan Paşayev akademik avarçəkmədə finiş xəttini üçüncü keçərək yarışın bürünc medalına sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər