Məhəmməd Musayev Avropa çempionu oldu

Məhəmməd Musayev Avropa çempionu oldu
03.09.2026 19:18 İdman

Azərbaycan cüdoçusu Məhəmməd Musayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

TodayPress TV xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Daha əvvəl digər təmsilçilərimizdən Ayxan Mirzəzadə (60 kq) qızıl medala sahib çıxıb. Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

***

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lusien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər