“Atalanta” - “Çelsi” oyununun baş hakimi azərbaycanlı olacaq

“Atalanta” - “Çelsi” oyununun baş hakimi azərbaycanlı olacaq
08.12.2025 15:11 İdman

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. 

TodayPress TV xəbər verir ki, o, UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” – “Çelsi” oyununun baş hakimi olacaq.

Kamal Umudluya bu işdə laysmanlar - Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Qeyd edək ki, “Atalanta” – “Çelsi” görüşü dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər