“Araz-Naxçıvan” yeni baş məşqçisini açıqlamağa hazırlaşır

“Araz-Naxçıvan” yeni baş məşqçisini açıqlamağa hazırlaşır
30.12.2025 16:55 İdman

Ukraynalı mütəxəssis Andrey Demçenko “Araz-Naxçıvan” klubu ilə bütün şərtlər üzrə razılıq əldə etsə də, baş məşqçi təyinatı hələlik rəsmi şəkildə açıqlanmayıb.

TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, gecikmənin əsas səbəbi məşqçinin əvvəlki klubu - Qazaxıstanın “Jenis” komandası ilə bağlı məsələlər olub.

Belə ki, Demçenko ilə “Jenis” arasında müqaviləyə vaxtından əvvəl xitam verilib və mütəxəssis sözləşmənin müddəti bitənədək nəzərdə tutulan məvacibin ödənilməsini tələb edib.

Məlumata görə, tərəflər bu məsələ ilə bağlı artıq ortaq məxrəcə gəliblər. Bu da Demçenkonun “Araz-Naxçıvan”la yaxın vaxtlarda rəsmi müqavilə imzalamasına ciddi maneənin qalmadığını göstərir.

Qeyd edək ki, 49 yaşlı çalışdırıcı ilə Naxçıvan təmsilçisi arasında 1,5 illik müqavilə imzalanması planlaşdırılır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər