“Araz-Naxçıvan” Lissabonda möcüzə axtaracaq
“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Portuqaliya “Benfika”sı ilə cavab matçına çıxacaq.
TodayPress TV xəbər verir ki, Lissabon şəhərinin “Pavilyao Fidelidade” arenasında baş tutacaq görüş saat 21:30-da start götürəcək.
Qarşılaşmanı serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Benfika” 9:0 hesablı qələbə qazanıb.
Namiq HUN